Azərbaycanda güclü dolu yağır
06.06.2015 19:09 Sosreaksiya 1163

Verilən məlumata görə, kənddə bir çox avtomobillərə ciddi zərər dəyib
Azərbaycanda dolu yağır.
ANS PRESS-in məlumatına görə, Daşkəsənin Kəmərqaya kəndində güclü dolu yağır. Kənd sakinlərinin verdiyi məlumata görə, dolu hazırda 5 dəqiqəyə yaxındır ki, yağır.
Onların sözlərinə görə, dolunun diametri 7 santimetrə yaxındır.
Kənddə bir çox avtomobillərə ciddi zərər dəyib. Sakinlər açıq havaya çıxa bilmirlər.
Şərhlər