100 sürücü cəza aldı - Cəlilabadda - FOTOLAR

17.08.2015 13:31     Sosreaksiya     2753

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Göytəpə alayı ilə Cəlilabad Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsi Ələt-Astara magistralının Cəlilabad rayonundan keçən hissəsində birgə reyd keçirib.

Reaksiya.az-ın verdiyi məlumatına görə, reyd zamanı qaydaları pozan sürücülər saxlanılaraq barələrində inzibati cəza protokolları tərtib olunub.

Reyddə 100-ə yaxın avtomobil sahibi “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi”nin müvaviq maddələri ilə cəzalandırılıb, sənədləri tam qaydasında olmayan sürücülərin avtomobilləri isə cərimə meydançasına aparılıb.

Bundan əlavə, reydlərə müdaxilə və maneçilik törədən sürücülər barəsində də qanunvericiliyə müvafiq tədbirlər görülüb.

BDYPİ-nin yol patrul xidmətinin 11-ci alayının komandiri Hikmət Qafarovun verdiyi məlumata görə,  belə reydlər Cənub bölgəsinin digər rayonlarındada mütəmadi olara təşkil olunacaq.  

 

 

 

Şərhlər

Çox oxunanlar