Daha bir piyada ölümü - Yüksək sürət - FOTOLAR

17.08.2015 14:08     Sosreaksiya     2179

Lənkəranda piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib.

Reaksiya.az-a daxil olan məlumata görə, hadisə ötən gecə Ələt-Astara magistralının 206-cı kilometrliyində qeydə alınıb.

Belə ki, yolun Gərmətük qəsəbəsi ərazisindən keçən hissəsində rayonun Hirkan qəsəbə sakini, 1951-ci il təvəllüdlü Nurəddin Ənvər oğlu Ağayev yolu keçmək istəyərkən rayon sakini Babazadə Nurlan Rəşadət oğlu idarə etdiyi “VAZ-21074” markalı, 42 BK 618 dövlət nömrə nişanlı minik avtomobili ilə birincini vurub.

Qəzanı törədən sürücü bədən xəsarətləri almış piyadanı maşınına qoyaraq dərhal Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırmaq istəsə də, yaralı yolda dünyasını dəyişib. 

İlkin versiya kimi hadisəyə avtomobilin yüksək sürətlə idarə olunması göstərilir.

Qəzanın dəqiq başvermə səbəbləri isə avtoekspertizanın yekun rəyindən sonra məlum olacaq.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Çox oxunanlar