"O küçə də təmir olunacaq" - "Azəryolservis"dən cavab

17.08.2015 14:04     Sosreaksiya     2435

Xəbər verildiyi kimi, Bakının Yeni Yasamal yaşayış massivi, Əsəd Əhmədov küçəsinin sakinləri yolun ürəkaçan vəziyyətdə olmadığından şikayətləniblər.

Məsələ ilə bağlı "Azəryolservis" ASC-nin mətbuat katibi Anar Nəcəfli  açıqlama verib.

O, Reaksiya.az- bildirib ki, Bakı şəhəri üzrə vacib təmirə ehtiyacı olan küçələrin siyahısı tərtib edilib:

"Bu siyahıya ilkin olaraq 175 küçə salınıb. Yazıda qeyd olunan Yasamal rayonu Əsəd Əhmədov küçəsi də  həmin siyahıdadır".

Anar Nəcəfli Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC tərəfindən siyahı üzrə bir neçə ünvanda təmir-tikinti işlərinə start verildiyini də xatırladıb.

Onun sözlərinə görə, Sabunçu rayonu Rüstəm Rüstəmov küçəsi təmir edilərək yeni görkəmdə sürücülərin ixtiyarına verilib:

"Uzun müddətdir ki, təmir olunmadığı üçün yolun hərəkət hissəsi sıradan çıxmış Yasamal rayonu Əhməd Cəmil və Xətai rayonu Nəcəfqulu Rəfiyev küçələrində aparılan təmir işləri yaxın günlərdə yekunlaşır. Bundan başqa, təmir olunmadığı üçün yolun hərəkət hissəsi sıradan çıxmış daha bir küçə, Binəqədi rayonu Ağasadıq Gəraybəyli küçəsində isə təmir-tikinti işləri davam etdirilir. İşlər tərtib olunmuş qrafikə uyğun həyata keçirilir. Siyahıda olan küçələrin təmiri növbəli şəkildə davam etdiriləcək".

Qeyd edək ki, "Sakinlər bərbad yollardan şikayətlənirlər" başlıqlı məqalə musavat.com-da dərc olunub.

 

Şərhlər