28 yaşlı qadın itkin düşdü

17.08.2015 14:32     Sosreaksiya     2448

Bərdədə 3 uşaq anası itkin düşüb. Belə ki, Molla Pənah Vaqif küçəsində yaşayan 28 yaşlı Tavat Adil qızı Məmmədova itkin kimi axtarışa verilib.

Reaksiya.az xəbər verir ki, qadın iyulun 17-də axşam saatlarında naməlum şəraitdə itkin düşüb. İtkin düşənin yaxınları bununla bağlı Bərdə Rayon Polis Şöbəsinə yazılı olaraq müraciət edib. Rayon Polis Şöbəsinin təhqiqat qrupu araşdırmalar aparıb və Tavat Məmmədova barəsində itkin düşmüş kimi axtarış elan edilib. Hazırda onun tapılması istiqamətində işlər aparılır.

Qeyd edək ki, Tavat Məmmədova 2010-cu ildə ailə qurub. Onun üç övladı var. Yaxınlarının bildirdiklərinə görə, Tavat Məmmədovanın həyat yoldaşı ilə münasibətləri normal olub.

Faktla bağlı Bərdə Rayon Polis Şöbəsi axtarış elan edib, araşdırma aparılır.

 

Şərhlər

Çox oxunanlar