Bu tələbələrə güzəşt ediləcək - Nazir açıqladı

18.06.2021 10:16     Sosreaksiya     406

Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondundan təxminən 40 min və ya bir az daha çox bakalavr və magistr tələbəsinin kredit alması nəzərdə tutulur.

Reaksiya.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev deyib.

Nazir bildirib ki, qaydalar yenə də hansı qrupdan olan tələbələri əhatə etməsi bəlli olacaq:

“Aidiyyəti qurumlarla ilkin müzakirələrdə həmçinin təhsil müddətində əldə etdikləri yüksək nəticələri (ÜOMG) olan tələbələrə kreditlərin faiz hissəsində güzəşt edilməsi də planlaşdırılır”.

Reaksiya.az

Şərhlər