Həkim - infeksionist: Vaksin olunanlar bunları etməlidir

18.06.2021 15:31     Sosreaksiya     484

Vaksin olunan şəxs bol maye qəbul etməli və fiziki iş görməməlidir.

Reaksiya.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəsetmə Birliyinin (TƏBİB) infeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva deyib.

O bildirib ki, vaksin olunan nahiyəyə su dəyməyin fəsadlara yol açması ilə bağlı deyilənlər yanlışdır:

"Bunlar elmi sübutu olmayan mülahizələr, tamamilə əhəmiyyətsiz məlumatlardır. Bol maye içmək və ağır fiziki işlərdən çəkinmək lazımdır. Vaksin olunmuş şəxs ilk 48-72 saat ərzində sadəcə müəyyən simptomlar yaşaya bilər. Bu da təbiidir”.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar