"Oğlumun faciəsində həkimlər də günahkardır" - RASİM ƏLİYEVİN ATASI

17.08.2015 15:23     Sosreaksiya     2174

Avqustun 8-də "Qəbələ" futbol klubunun oyunçusu Cavid Hüseynovun qohumları tərəfindən döyülərək çiddi xəsarətlər alan və səhərisi gün müalicə aldığı 1 saylı Şəhər (Semaşko) Kliniki Xəstəxanasında dünyasını dəyişən reportyor Rasim Əliyevin atası Məmmədəli Əliyev Reaksiya.az-a bildirib ki, oğlunun ölümündə həkimlərin də günahı var.

Onun sözlərinə görə, Klinikanın həkimləri ançaq gözdən pərdə asmaq üçün guya ki, müayinə edirlər kimi çox səthi bir müayinə aparıblar.

“Rasimin müayinəsi çox səthi aparıldı. Biz gecə saat 12 radələrinə kimi onun yanında olmuşuq. Həkimlər ançaq bizə deyirdilər ki, ançaq 4 qabırqası qırılıb və ciddi bir problem yoxdur. Sonra evə qayıtdıq. Çünki o, reanimasiya şöbəsində müaliçə olunurdu. Mən də geçə növbəsində işlədiyim üçün işdə idim. Təxminən gecə saat 01:00 radələrində anası mobil telefonuma zəng edib bildirdi ki, Rasimin vəziyyəti ağırdır, onu əməliyyata götürüblər. Gəl xəstəxanaya. Biz ora catanda dedilər ki, əməliyyat sona catıb. Onu vaxtında dəqiq müayinə etsəydilər, oğlumu itirməzdik. Bu faciədə həkimlər də günahkardır". 

Şərhlər

Çox oxunanlar