İki təyyarə toqquşdu

17.08.2015 15:21     Sosreaksiya     2093

ABŞ-ın cənubundakı San Dieqo şəhərində iki kiçik təyyarənin havada toqquşması nəticəsində 4 nəfər həlak olub.
 
Reaksiya.az  xəbər verir ki, Amerika Federal Hava Nəqliyyatı Bürosunun spikeri Yan Qreqor qəzanın iki təyyarənin “Brown Field” hava limanına enmək üçün yaxınlaşdıqları zaman baş verdiyini deyib. O, dörd nəfərin ölümünə səbəb olan qəza ilə əlaqədar istintaqın açıldığını bildirib.
 
Kaliforniya Meşə və Yanğından Mühafizə İdarəsi isə təyyarələrə aid hissələrin 400 metrədək ətraf əraziyə yayıldığı və 4 nəfərin cəsədinin tapıldığı barədə məlumat yayıb.
 
 

 

Şərhlər

Çox oxunanlar