Almaniyada səkkiz ayda 20-dən çox məscidə hücum

17.08.2015 15:27     Sosreaksiya     2269

 

Almaniyada bu ilin ilk yarısında məscid ya da İslami təşkilatlara 23 hücum edilib, İslam əleyhinə 64 nümayiş reallaşıb.

Almaniyada bu ilin ilk 6 ayında cəmi 23 məscid və İslam təşkilatlarının binasına siyasi səbəblərlə hücum edilib. Sol Partiyası tərəfindən Federal Parlamentə verilən sorğuya verilən cavabda, bu müddət içində məscid və dərnək binalarına 23 dəfə hücum edildiyi və İslam düşmənliyi ehtiva edən 64 nümayiş edildiyi bildirilib.

Almaniyanın Müsəlmanlar Koordinasiya Şurası (KRM), Sol Partiyasının daxili işlər spikeri Ulla Jelpkeyə müraciət edərək siyasi səbəblərlə edilən hücumların qeydə alınmasında “İslam düşmənliyi” başlığının da istifadə tələb etdilər.

GDP sədrinin müavini Jörg Radek bildirib ki, bu şəkildə bir başlıqdan istifadə etməklə İslamafobiyanı ehtiva edən cinayətlərin artıb artmadığı mövzusunda daha yaxşı fikir sahibi oluna biləcəyini söyləyib. Radek hücumların bu şəkildə davam etdirilməsinin dözülməz olduğunu ifadə edib.

Şərhlər