Onlar təhsillərini davam etdirə bilmir, kömək edək - Deputat

22.06.2021 12:09     Sosreaksiya     334

182 min doktorant var. Hesab edirəm ki,bu məsələ problemi həll edəcək. Düşünürəm ki, balı yüksək olanlara yox, maddi imkanı aşağı olanlara kömək etmək lazımdır. Təhsil Nazirliyinin bu məsələni diqqətdə saxlamasini xahiş edirəm.

Reaksiya.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə parlamentin bu gün keçirilən növbədənkənar sessiyasında tələbə kreditləri haqda danışarkən deyib.

Aydın Mirzəzadə həmçinin hərbi xidmətə getdiyinə görə, sonradan təhsil ala bilməyən gənclərin problemlərinə də diqqət çəkib:

“Bir çox gənclər hərbi xidmətdən qayıtdıqdan sonra təhsillərini davam etdirə bilmirlər. Tələbə təhsil kredit fondu ilk növbədə onlara imkan yaratmalıdır. Halbuki həmin gənclər gələcəkdə yaxşı mütəxəssis, dövlət işçiləri ola bilər”.

Reaksiya.az

Şərhlər