Bilmək istəyirəm: sayğaclar yenidən dəyişdiriləcək? - Vahid Əhmədov
22.06.2021 12:59 Sosreaksiya 389
Energetika sistemində problemlər var. Hesab edirəm ki, belə bir qanuna ehtiyac yaranıb. Ancaq məni bir məqam düşündürür və bu suala cavab almaq istəyirəm.
Reaksiya.az xəbər verir ki, bunu Milli Məclisin bu gen keçirilən iclasında deputat Vahid Əhmədov “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Vahid Əhmədov qanun layihəsini təqdim edən Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanova sual verib:
“Ən ciddi problem sayğaclarla bağlıdır. Əhali narazıdır. Yeni sayğacların tətbiqi nəzərdə tutulurmu? “Ağıllı sayğac” anlayışı nədir? Sayğacların dəyişdirilməsi baş verəcək, ya nə olacaq? Mən maraqlandım və aydın oldu ki, yeni sayğaclar da məntiqlə əvvəlki sayğaclar kimi eyni informasiyaları ötürür”.
Şərhlər