Gömrük Komitəsi qeyri-iş günündə də işləyəcək
25.06.2021 13:05 Sosreaksiya 405
Qarşıdan gələn Silahlı Qüvvələr Günü ilə əlaqədar qeyri-iş günündə gömrük sərhədindən keçirilən malların operativ şəkildə gecikmədən rəsmiləşdirilməsi, mal və nəqliyyat vasitələrinin sürətli keçidinin təmin edilməsi məqsədilə Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan ərazi və ixtisaslaşdırılmış gömrük idarələri iyunun 28-də gündəlik iş rejimində fəaliyyət göstərəcək.
Bu barədə Reaksiya.az-a Dövlət Gömrük Komitəsindən məlumat verilib.
“Gömrük rəsmiləşdirilməsi zamanı xarici ticarət iştirakçıları hökumət ödəniş portalının xidmətindən istifadə etməklə mal və nəqliyyat vasitələrinə görə gömrük ödənişlərini həyata keçirə bilərlər”, - məlumatda bildirilib.
Şərhlər