Hərbi Prokurorluqda tədbir keçirildi
25.06.2021 16:14 Sosreaksiya 453
İyunun 25-də Silahlı Qüvvələrin yaradılmasının 103-cü ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin iştirakı ilə Hərbi Prokurorluqda tədbir keçirilib.
Baş Prokurorluqdan Reaksiya.az-a verilən məlumata görə, əvvəlcə tədbir iştirakçıları xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Hərbi Prokurorluğun inzibati binasındakı büstü önünə əklil və gül dəstələri qoyublar.
Tədbirdən öncə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, qazilərə şəfa dilənib.
Tədbirdə çıxış edən Baş prokuror Kamran Əliyev Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik konsepsiyasını və ordu quruculuğunu inamla reallaşdıran Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin həyata keçirdiyi hərtərəfli düşünülmüş müdrik dövlət siyasəti və səriştəli idarəçiliyi, zabitlərimizin, əsgərlərimizin qəhrəmanlığı sayəsində əzəli torpaqlarımızın işğaldan azad edilərək Silahlı Qüvvələrimizin 103-cü ildönümünün ölkəmizin hər bir diyarında üçrəngli bayrağımızın dalğalanması sevinci və təntənəsi ilə qeyd edildiyini bildirib.
Böyük Zəfərin əldə edilməsində Ölkə Başçısının həyata keçirdiyi köklü islahatların və kompleks tədbirlərin nəticəsi olaraq Silahlı Qüvvələrimizin maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir tələblərə tam cavab verən, istənilən döyüş tapşırığını ən yüksək səviyyədə yerinə yetirməyə qadir ordunun formalaşdırılması mühüm rol oynamaqla yanaşı həyata keçirilən effektiv xarici siyasətin hərbi-siyasi qələbəmizi şərtləndirməklə ölkəmizin regional liderliyini birmənalı təsbit etdiyi vurğulanıb.
Diqqətə çatdırılmışdır ki, döyüş meydanında uğurların əldə edilməsində aparılmış islahatlarla yanaşı, hərbi qulluqçuların xidmət şəraitinin müasirləşdirilməsi, onların sosial və məişət məsələlərinin həlli, əmək haqlarının davamlı olaraq artırılması, imtiyaz və güzəştlərin miqyasının genişləndirilməsi, eləcə də Dövlət Başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələri, müharibə əlilləri və veteranları ilə mütəmadi olaraq görüşmələri, onların qayğıları ilə maraqlanmaları, problemlərini həll etmələri olmuşdur ki, bütün bunlar vətən uğrunda xidmətləri olan insanlara qarşı yüksək diqqətin təcəssümü olmaqla bərabər, hərbi qulluqçularımızda böyük ruh yüksəkliyi yaradaraq qələbə əzmini daha da artırıb.
Şərhlər