YAP-da dəyişiklik başladı: İki deputat vəzifədən çıxarıldı

25.06.2021 16:23     Sosreaksiya     526

Yeni Azərbaycan Partiyasının son qurultayından sonra partiyanın struktur və təşkilatlarında dəyişikliklər həyata keçirilir.

Artıq YAP-da iki millət vəkilinin təşkilat sədri kimi fəaliyyətinə xitam verilib.

YAP Nəsimi rayon təşkilatının sonuncu rayon konfrasında təşkilata sədrlik edən millət vəkili Məlahət İbrahimqızı vəzifədən uzaqlaşdırılıb. Eyni zamanda YAP Qaradağ rayon təşkilatının sonuncu rayon konfransında deputat Aydın Hüseynovun da təşkilatın sədri kimi fəaliyyətinə son qoyulub.

Xatırladaq ki, Yeni Azərbaycan Partiyasının sonuncu qurultayında bir sıra struktur, kadr islahatları ilə bağlı qərar verilib. Partiyanın nizamnaməsi dəyişdirilib.(teleqraf)

Reaksiya.az

Şərhlər