Azərbaycanlı diaspor rəhbəri qətlə yetirildi

17.08.2015 17:03     Sosreaksiya     2344

lham Tağıyev başına küt alətlə zərbələr endirilərək öldürülüb, onun evi talan edilib

Avqustun 17-nə keçən gecə Ukraynanın Xerson vilayətində Azərbaycan icmasının rəhbərlərindən biri olan İlham Tağıyev qətlə yetirilib.

Reaksiya.az xəbər verir ki, iş adamının meyitii ona məxsus “Mercedes” markalı avtomobildə tapılıb.

Milis güman edir ki, İ. Tağıyev icarəyə götürdüyü qaraja gedərkən naməlum şəxslərin hücumuna məruz qalıb. Onun başına küt alətlə zərbələr endiriblər, daha sonra avtomobilindən çıxararaq təpikləməyə başlayıblar. Cinayətkarlar qətldən sonra İ. Tağıyevin cibindən evinin açarın götürərək mənzili soymağa gediblər. Ev alt-üst edilib. Qatillərin nə qədər pul və zinət əşyası apardıqları bəlli deyil.

Hadisə zamanı İlham Tağıyevin həyat yoldaşı və qızı Azərbaycanda olub. Onun oğlu isə Kiyevdə yaşayır.

İ. Tağıyev ət polufabrikatları ticarəti ilə məşğul olan regional şirkətin yerli nümayəndəsi olub. Cinayətin tamah məqsədilə törədildiyi güman edilir.

Faktla bağlı cinayət işi başlanıb.

 

Şərhlər

Çox oxunanlar