Vilayət Eyvazov işdən çıxardığı DYP rəisinə - VƏZİFƏ VERDİ
28.06.2021 12:29 Sosreaksiya 396
Astara rayon Dövlət Yol Polisi bölməsinin sabiq rəisi, polis mayoru İlqar Rəhimzadəyə yeni vəzifə verilib.
Reaksiya.az unikal.org - a istinadən xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, İ.Rəhimzadə Lənkəran şəhərində yerləşən 5 saylı rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbəsinin ("MERO") inspektoru vəzifəsinə təyinat alıb.
Qeyd edək ki, o, ötən ay Astara DYP-nin rəisi vəzifəsindən azad edilmişdi.
Şərhlər