Daha 4 qazimiz sağalaraq Vətənə döndü

28.06.2021 13:33     Sosreaksiya     366

Vətən müharibəsində ağır yaralanan və müalicə üçün YAŞAT Fondu tərəfindən Türkiyəyə göndərilən 4 qazimiz sağalaraq Vətənə geri dönüb.

Reaksiya.az xəbər verir ki, onların Türkiyədəki müalicə proseduru artıq uğurla yekunlaşıb.

Qazilərin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.

Vətənə geri dönən qazilərimiz aşağıdakılardır:

1. Nurəliyev Rauf Bəhman oğlu

2. Musayev Gündüz Sabir oğlu

3. Abdurrəhmənov Nicat İlqar oğlu

4. Muradov Turan Xudat oğlu

YAŞAT Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq hazırda daha 56 qazimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdirilir. YAŞAT Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq.

Xatırladaq ki, YAŞAT Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir.

Reaksiya.az

Şərhlər