“Sarkisyanın Xocalı ilə bağlı etirafı erməni riyakarlığının və əclaflığının göstəricisidir"

29.06.2021 14:58     Sosreaksiya     399

“Zaman gələcək Xocalı qətliamının qatilləri öz layiqli cəzalarını alacaqlar...”
 
“Hətta Zori Balayan da bunu etiraf edib. Nə qədər biz türklərə qarşı nifrət bəsdələdiyi, vəhşiliyi açıq şəkildə onun ifadələrində özünü göstərir”.
 
Bunu millət vəkili, AVP sədri Fəzail Ağamalı Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın Xocalı faciəsiylə bağlı səsləndirdiyi fikirlərinə münasibət bildirərkən deyib. F.Ağamalı bir gün həmin qatillərin də buna görə layiqli cəzalarını alacaqlarını bildirib:
 
“Sarkisyanın Xocalı faciəsiylə bağlı etirafı erməni hiyləgərliyinin, riakarlığının və əclaflığının növbəti göstəricisidir. Necə yəni insanlara əl aldırıblar, bu nə deməkdir?! Əl qaldırırsan əlində də silah, arxanda isə hərbi maşınlar, tank, artilleriya, təpədən-dırnağa qədər silahlanıb piyadaların döyüş maşınında oturmuş qatillər olub. Onlar Xocalı şəhərinə daxil olub uşaq, qadın, qoca, fərq qoymadan mülki insanları vəhşicəsinə qətlə yetirdilər. Bunu ən müxtəlif şəkildə o faciənin, soyqırımın iştirakçıları etiraf ediblər. Hətta Zori Balayan da bunu etiraf edib. Nə qədər biz türklərə qarşı nifrət bəsdələdiyi, vəhşiliyi açıq şəkildə onun ifadələrində özünü göstərir. Sarkisyan və Köçəryan qatildirlər. Onlar Xocalı soyqırımının törədicisi, iştirakçısı, güllə atanıdırlar. Ona görə hansısa bir formada bunu pərdələməyə çalışsalar da, lakin onlar qatildirlər və mən əminəm, inanıram ki, zaman gələcək Xocalı qətliamının qatilləri öz layiq olduqları cəzalarını alacaqlar. Buna isə qədiyyət şübhəm yoxdur və o zaman da çox da uzaqda deyil”. 
 
Qeyd edək ki, bir neçə gündür Ermənistanın keçmiş prezidenti Serj Sarksiyanın Xocalı soyqırımıyla bağlı səsləndirdiyi fikirlər müzakirələrə səbəb olub.(moderator)
 

Şərhlər