Ermənilər Xankəndidən çıxacaq - İrəvandan baxış
30.06.2021 12:21 Sosreaksiya 326
Xankəndidə böyük problemlər var və onlar həll olunmur. Əsas problem suyun olmamasıdır. Bir az da belə davam etsə, ermənilər bu şəhərdən könüllü olaraq çıxacaqlar və onu Azərbaycana buraxacaqlar.
Reaksiya.az xəbər verir ki, bu barədə “İcmal” verilişinin efirində erməni ekspert Nairi Oxikyan bildirib.
“Hazırda Azərbaycan Kəlbəcər rayonunda çox ciddi işlər aparır. Qarabağın demək olar ki, bütün su resursları hazırda onların əlindədir. Xüsusən Xankəndinin içməli suyu Kəlbəcər mənbələrindən gəlir. İndi Azərbaycan bu boruları bağlayır. Doğurdan da, onlar ermənilərə hansı səbəbə görə su göndərsinlər ki?!” - deyə ekspert bildirib.
Onun sözlərinə görə, müharibədən əvvəl “arsax”da 24 böyük və kiçik su anbarı var idisə, indi bu rəqəm 2-dir.
“Bu iki su anbarı da tükənmək üzrədir, çünki onlar lazımi qədər dolmur”, - deyə Oxikyan bildirib.
Şərhlər