Bakıda kanalizasiyaya heyvan içalatı atılır - Araşdırma başladı

30.06.2021 17:00     Sosreaksiya     312

Bakının Xətai rayonunun Həzi Aslanov qəsəbəsi, İlham Məmmədov küçəsində kanalizasiya sisteminin vaxtaşırı tutulması sakinlər arasında narahatlıq yaradıb.

Bu barədə Reaksiya.az-a daxil olan vətəndaş şikayətində bildirilir ki, heyvan içalatı atıldığına görə kanalizasiya sistemi mütəmadi olaraq tutulur. Tullantının hardan atıldığı isə məlum deyil.

Məsələ ilə bağlı saytımıza açıqlama verən Azərsu ASC-nin mətbuat katibi Anar Cəbrayıllı bildirib ki, ərazidəki problem vətəndaş müraciəti əsasında operativ olaraq nəzarətə götürülüb:

“Sukanal sistemi ilə bağlı problem kökündən araşdırılacaq, qısa vaxtda lazımi tədbirlər görüləcək”.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar