Plastik qablar qadağan edildi: Nə ilə əvəz olunacaq?

01.07.2021 11:31     Sosreaksiya     596

"Ətraf mühitin mühafizəsi haqqında” Qanununa edilən dəyişikliyə əsasən, bu gündən etibarən birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qabların sahibkarlar tərəfindən idxalı, istehsalı, ticarət, ictimai iaşə və xidmət obyektlərində istehlakçıya satılması və verilməsi ilə bağlı məhdudiyyətlər başlayıb.

Reaksiya.az xəbər verir ki, plastik qabların hansı alternativlə əvəz olunacağı məsələsinə ETSN-in Ekosiyasət şöbəsinin sektor müdiri Mehman Nəbiyev aydınlıq gətirib.

Sektor müdiri bildirib ki, müasir dövrdə plastik qabları əvəz etmək üçün bir çox alternativ mövcuddur:

“Bio-plastiklər, kağız, bambuk kimi materiallardan istifadə oluna bilər. Qanunu qadağa kimi deyil, təşviq kimi qəbul edirik. Məqsədimiz alternativ məhsulların istifadəsini genişləndirməkdir”.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin sektor müdiri Elməddin Quliyev isə qadağaya məhəl qoymayanların cərimə olunacağı xəbərdarlığını edib:

“Plastik qablara qoyulan qadağaya əməl etməyən vəzifəli şəxslər 1000-1500 manata, hüquqi şəxslər 3000-4000 manata qədər cərimə olunacaqlar”.

Qeyd edək ki, araşdırmalara görə, insan orqanizminə dəyən ziyanın 80%-i plastik tullantıların payına düşür.

Reaksiya.az

Şərhlər