“Facebook” canlı yayını genişləndirir

17.08.2015 17:45     Sosreaksiya     2167

İlk olaraq ancaq məşhurlara açılan “Facebook Live” xidməti yaxında jurnalistlər və təsdiq profillər tərəfindən da istifadə edilə biləcək.

Son ayların məşhur trendi olan ictimai media üzərindən canlı yayın xidməti qısa bir müddət əvvəl “Facebook” tərəfindən də istifadəyə verilən bu xidmət yalnız məşhurlar tərəfindən istifadə olunacaq.

“Facebook” verdiyi açıqlama ilə Live yəni canlı yayın xidmətini təqdim etdiyi profil sayını artıracağını açıqlayıb. Buna görə də qısa bir müddət sonra jurnalistlər və təsdiq edilmiş profillər də canlı yayın xidmətini istifadə edə biləcək. Firma “Live” xüsusiyyətinin yeni profillərə nə zaman açılacağı mövzusunda dəqiq bir tarix vermədi.

Firmanın istifadəyə təqdim etdiyi Live xidmətində məşhurlar videolu canlı nəşrlər edə bilir. Ayrıca təqibçilərin mesaj yazabildiyi canlı yayınlarda interaktiv bir mühit yaradılır.

Sosial mediada canlı yayın yanvar ayından etibarən “Twitter”in sahibi olduğu “Periscope” və müstəqil bir tətbiq olan “Meerkat” ilə başlamışdı. “Facebook” “Live” xidməti ilə bu rəqabətə qısa bir müddət əvvəl daxil olmuşdu.

Şərhlər

Çox oxunanlar