Maşın dərəyə aşdı, yaralılar var
17.08.2015 17:52 Sosreaksiya 2309

Gəncə şəhərinin şərq çıxışında avtomobil aşıb, yaralılar var.
Reaksiya.az xəbər verir ki, hadisə təxminən saat 16:00 radələrində Gəncə Avtovağzalının yaxınlığında qeydə alınıb.
Hərəkətdə olan 20 DH 426 dövlət nömrə nişanlı, "VAZ 2106" markalı avtomobil yolun kənarında olan dərəyə aşıb. Qəza nəticəsində 3 nəfər müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
Şərhlər