Paşayeva şəhid anası ilə görüşdü

02.07.2021 11:08     Sosreaksiya     438

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Vətən müharibəsinin şəhidi Rüfət Qabil oğlu Əsgərovun anası Aynurə Cəmaləddin qızı İbrahimova ilə Milli Məclisdə görüşüb.

Reaksiya.az xəbər verir ki, şəhid anasını ehtiramla salamlayan Komitə sədri Vətən müharibəsinin qəhrəman şəhidi Rüfət Əsgərovun özünəməxsus həyat və döyüş yolunun yeniyetmə və gənc nəsil üçün örnək təşkil etdiyini vurğulayıb. Prezidentin Sərəncamı ilə dörd medalla təltif olunmasının 2020-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılmış bir gəncin Vətən müharibəsində necə fədakarlıq və peşəkarlıqla iştirak etdiyinin sübutu olduğunu bildirib:

“Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Rüfət Əsgərov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzuli, Xocavənd və Qubadlı istiqamətində gedən döyüşlərdə iştirak edib, oktyabrın 25-də Qubadlı döyüşləri zamanı şəhid olub.

Rüfət Əsgərov “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.

Rüfət kimi gənclərimizlə hər zaman qürur duyacağıq!”

Q.Paşayeva şəhid anasına Qarabağ motivli xatirə hədiyyəsini təqdim edib.

Reaksiya.az

Şərhlər