Şamaxıda qanunsuz heyvan kəsimi məntəqələri aşkarlandı

02.07.2021 12:19     Sosreaksiya     416

Şamaxı rayonu ərazisində keçirilən monitorinqlər zamanı sanitar-gigiyenik norma və qaydalara əməl olunmadan fəaliyyət göstərən heyvan kəsimi və ət satışı məntəqələrinə dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə və inzibati tədbirlər görülməsinə baxmayaraq, onlardan bəzilərinin qanunsuz fəaliyyəti davam etdirdikləri aşkar olunub.

Reaksiya.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Həmin qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqələrinin ünvanları aşağıdakılardır:

- Şamaxı rayonu, M.Ə.Rəsulzadə küçəsində yerləşən, fiziki şəxs Əhmədov Mehman Əhməd oğluna məxsus heyvan kəsimi məntəqəsi;

- Şamaxı rayonu, N.Nərimanov küçəsində yerləşən, fiziki şəxs Teyyubov Səbuhi Mülkəsahib oğluna məxsus heyvan kəsimi məntəqəsi;

- Şamaxı rayonu, N.Nərimanov küçəsində yerləşən, fiziki şəxs Məmmədov Azər Rüstəm oğluna məxsus heyvan kəsimi məntəqəsi;

- Şamaxı rayonu, N.Nərimanov küçəsində yerləşən, fiziki şəxs Babayev Rəşad Ələmdar oğluna məxsus heyvan kəsimi məntəqəsi.

Agentlik bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.

Reaksiya.az

Şərhlər