Əfqanıstanda atışma: 39 ölü

17.08.2015 17:59     Sosreaksiya     2446

Əfqanıstanın Faryab vilayətinin Kaysar rayonunda “Taliban” terror təşkilatının yaraqlıları ilə təhlükəsizlik qüvvələri arasında çıxan atışmada 39 nəfər həyatını itirib.

Reaksiya.az xəbər verir ki, Kaysarda “Taliban”a qarşı aparılan əməliyyatlara Əfqanıstan prezidentinin 1-ci müavini Raşid Dostum başçılıq edib.

O, Kaysarın Erkelik bölgəsində üç gün əvvəl başlanılan əməliyyatların davam etdiyini, “Taliban”ın nəzarətindəki bölgənin yenidən ələ keçirildiyini bildirib.

Əməliyyat zamanı döyüşlərdə 37 yaraqlı, 2 təhlükəsizlik işçisi həyatını itirib.

12 yaraqlının da sağ olaraq yaxalandığı deyilir.

Dostum ölənlər arasında Özbəkistan vətəndaşı olan bir yaraqlının, sağ ələ keçirilənlərin arasında isə bir Pakistan vətəndaşının olduğunu bildirib.

O, əməliyyatların mülki vətəndaşların zərər görməməsi üçün çox diqqətli bir şəkildə aparıldığını qeyd edib: “Əfqanıstanda  “Taliban”  və İŞİD adı altında fəaliyyət göstərən  təşkilatların başında Pakistanlı generallar durur”.

Şərhlər

Çox oxunanlar