"Dərhal müalicəyə başladılar" - KƏNAN HACI

17.08.2015 18:19     Sosreaksiya     1509

Xəbər verildiyi kimi, yazıçı Kənan Hacı bu gün səhər Səhiyyə Nazirliyinin xətti ilə 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib. Xatırladaq ki, yazıçı uzun müddətdir Hepatit C xəstəliyindən əziyyət çəkir.

Reaksiya.az yazıçı ilə əlaqə saxlayaraq son durumunu öyrənib. Kənan Hacı xəstəxanaya yerləşdirildiyini təsdiq edib:

“Səhər saatlarında xəstəxanaya yerləşdirildim. Burada məni yenidən müayinələrdən keçirdilər və dərhal müalicəyə başladılar. İlkin yardımlar göstərdilər, çox sayda iynə-dərman müalicəsinə başladılar. Yəqin ki, müalicə öz təsirini göstərəcək”.

Şərhlər

Çox oxunanlar