Daha 10 qazimiz Türkiyəyə göndərildi
05.07.2021 17:15 Sosreaksiya 399
Ağır yaralanan daha 10 qazimiz YAŞAT Fondu tərəfindən Türkiyəyə göndərilib.
Bu barədə Reaksiya.az-a Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.
Həmin şəxslər aşağıdakılardır:
1. Mustafayev Elşən Dilavər oğlu
2. Babayev Elnur Əlihüseyn oğlu
3. Əmirəliyev Nicat Kərəməli oğlu
4. Cavadzadə Fuad Sənani oğlu
5. Əmrahov Ruslan Rəşid oğlu
6. Qəhrəmanlı Yaqub Abdulla oğlu
7. Sadıqov Cəlal Elfaq oğlu
8. Şükürov Tural Vüqar oğlu
9. Mehtiyev Namiq Murəddin oğlu
10. İsubov Rəfail Bayram oğlu
Qeyd olunub ki, YAŞAT Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq qazilərimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdiriləcək.
Bildirilib ki, YAŞAT Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq. Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərimizin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir.
Xatırladaq ki, Fond tərəfindən bu günə qədər 112 qazimiz müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 48-nin müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərimizin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.
Şərhlər