Cəbrayılda Türkiyə ilə birgə Dostluq Parkı salınacaq

06.07.2021 10:10     Sosreaksiya     392

Cəbrayılda Türkiyə ilə birgə Dostluq Parkı salınacaq.

Reaksiya.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.

Onun sözlərinə görə, bunun üçün Türkiyə təmənnasız olaraq Azərbaycana 1 milyon ədəd ağac tingi verəcək:

“Eyni zamanda Cəbrayılda Təlim Tədris Mərkəzi və böyük tinglik də salınacaq. Mərkəzə təlim keçmək üçün həm yerli, həm də xarici mütəxəssislər cəlb olunacaq. Burada eyni vaxtda 50-yə yaxın insanın qalması üçün şərait yaradılacaq”.

Reraksiya.az
 
 
 

Şərhlər