Polisi maşın vurdu, öldü

06.07.2021 13:03     Sosreaksiya     368

Şabran rayonunda yolun kənarında dayanan polis əməkdaşı maşın vurması nəticəsində ölüb.

Reaksiya.az DİN-ə istinadən xəbər verir ki, iyulun 6-da saat 01:30-da Şabran şəhərinin ərazisində şəhər sakini Ə. Kərimov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolun kənarında dayanmış Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı Təbriz Heybətovu vurub. Nəticədə o, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Reaksiya.az

 

 

 
 
 

Şərhlər