Taylandda dəhşətli partlayış - 27 ölü, 116 yaralı
18.08.2015 00:47 Sosreaksiya 1955

Taylandın paytaxtı Banqkokda baş vermiş partlayış nəticəsində 19 nəfər ölüb, 116 nəfər yaralanıb.
Reaksiya.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu barədə Tayland polisi bildirib.
Bir sıra yerli KİV-ləri partlayış nəticəsində 27 nəfərin öldüyünü bildirir. Qeyd olunur ki, ölənlər arasında Çin və Filippin vətəndaşları da var.
Partlayışın kimlər tərəfindən törədildiyi hələlik məlum deyil.
Şərhlər