Aİ Bakı limanına dəstək göstərəcək
08.07.2021 13:37 Sosreaksiya 411
Avropa İttifaqı (Aİ) "Şərq tərəfdaşlığı" üçün iqtisadi və investisiya planları çərçivəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanına dəstək göstərəcək.
Reaksiya.az xəbər verir ki, bunu genişlənmə məsələləri və qonşuluq siyasəti üzrə Avropa komissarı Oliver Varheli öz Tvitter səhifəsində yazıb.
"Şərq tərəfdaşlığı"nın iqtisadi və investisiya planları çərçivəsində əsas təşəbbüslərdən biri olaraq Bakı Beynəlxalq Dəniz Ticarət Limanı mal və xidmətlərin dayanıqlı və sürətli nəqli mərkəzinə çevrilməsi məqsədilə Trans-Xəzər iqtisadi inteqrasiya üçün Aİ tərəfindən dəstək alacaq", - Aİ rəsmisi bildirib.
Şərhlər