Bakıda “Korvalol” yoxa çıxdı, “Valerian”ın isə defisiti yaşanır

08.07.2021 14:38     Sosreaksiya     342

Bakıda müxtəlif ərazilər üzrə fəaliyyət göstərən apteklərdə son zamanlar “Valerian” və “Korvalol”sakitləşdiricilərini tapmaq müşkül hala çevrilib.

Bu barədə Reaksiya.az-a daxil olan vətəndaş şikayətində bildirilib.

Məsələ ilə bağlı saytımız apteklər arasında sorğu keçirib.

“Zəfəran” apteklər şəbəkəsindən bildirildi ki, “Korvalol” bir müddətdir Azərbaycana gətirilmədiyi üçün depoda da yoxdur. Qeyd edilib ki, aptekdə “Valerian” da yox idi, lakin hazırda var.

“Elit” apteklər şəbəkəsindən də hazırda “Valerian” olduğu vurğulandı. “Korvalol” isə yoxdur.

“Çeburaşka” aptekindən bildirildi ki, gündəlik az sayda “Valerian” və “Korvalol” gəlir və tez zamanda satılır.

“Həyat” apteklər şəbəkəsindən uzun müddətdir “Valerian”ın olmadığını, lakin dünəndən etibarən gətirildiyi qeyd edildi. “Korvalol” isə ümumilikdə ölkədə heç bir yerdə yoxdur.

Reaksiya.az

Şərhlər