10 il sonra hansı dildə danışacağıq? - Amaşov
09.07.2021 13:20 Sosreaksiya 504
Diqqət edirəm, azyaşlı uşaqların bəziləri Türkiyə türkcəsində, bəziləri rus dilində, bəziləri isə artıq ingilis dilində danışır.
Reaksiya.az- xəbər verir ki, bu sözləri Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Saytların dil mənzərəsi” adlı tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.
“10 və ya 15 il sonra bizim uşaqlarımız hansı dildə danışacaq? Gəlin, bununla bağlı tədbir görək. Dövlətimiz, millətimiz naminə bu məsələni düşünək”, - deyə o, qeyd edib.
Şərhlər