İcra başçısının müavini işdən çıxarıldı

09.07.2021 13:24     Sosreaksiya     517

Lənkəran Rayon İcra Hakimiyyətində (RİH) kadr dəyişikliyi olub.

Reaksiya.az xəbər verir ki, Lənkəran RİH başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Xalid Rəhimov vəzifəsindən azad edilib.

Onun adı qurumun struktur bölməsindən də çıxarılıb.

Hələlik X.Rəhimovun yerinə təyinat yoxdur.

Reaksiya.az

Şərhlər