Təyyarənin yerinə qaytarılmasını tələb edirlər

18.08.2015 10:32     Sosreaksiya     2491

Birinci Dünya Müharibəsində qəhramanlıq göstərmiş Azərbaycanın ilk qırıcı və hərbi təyyarəçisi Fərrux ağa Qayıbovun Qazax şəhərinin çıxışında,  4 yol ayrıcında ucaldılmış təyyarə komleksinin yerinin dəyişdirilməsi rayon ziyalılarının narazılığına səbəb olub.

Reaksiya.az xəbər verir ki, Qazax şəhərinin çıxışında 4 yol ayrıcında ucaldılmış təyyarə kompleksi bir neçə il öncə götürülərək Yuxarı Salahlı kəndinə, daha sonra isə hazırda olduğu, rayon mərkəzindən təxminən 2-3 km aralı bir məsafəyə, magistral yolun kənarında ucaldılıb.

Qeyd edək ki, təyarənin əvvəlki durduğu məkan rayon sakinləri tərəfindən “samlyotun yanı” kimi insanların yaddaşında qalıb. Hətta bir neçə il öncə həmin ərazi istiqamətində hərəkət edən marşurutlarında qarşısına samalyotun yanı sözü yazılırdı. Hazırda təyyarənin durduğu yer isə təbii ki, nisbətən gözdən uzaq, diqqəti cəlb etməyən məkanda olmağı ilə yanaşı, həmin təyyarənin kimin xatirəsinə ucaldılması barədə heç bir məlumat yoxdu. Yerli sakinlərin isə tələbi ən azından həmin təyyarənin kimin xatirəsinə ucaldılması haqqında məlmatın olması və yol kənarında “Azərbaycanın ilk hərbi təyyarəçisi Fərrux ağa Qayıbovun xatirəsinə ucaldılmış təyyarə” sözünün yazılmasıdır.

Hər halda bu magistral yolun kənarında turistlərin də diqqətini cəlb edə bilər və bu ərazidən keçən turistlər də qəhraman azərbaycanlı haqqında məlumatlı olarlar.

Şərhlər

Çox oxunanlar