Elçin Quliyev Şəhidlər Xiyabanını ziyarət etdi - FOTOLAR
18.08.2015 10:31 Sosreaksiya 2570

18 avqust 1919-cu il tarixində Azərbaycan Xalq Cumhuriyyətinin parlamenti ölkənin sərhədlərinin mühafizəsi haqqında qanun qəbul edib. Xalq Cümhuriyyəti Hərbi Nazirliyinin tərkibində Azərbaycanın ilk Sərhəd Qoşunları dəstəsi yaradılıb.
Reaksiya.az xəbər verir ki, bu gün münasibətilə general-polkovnik Elçin Quliyev başda olmaqla Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti Fəxri Xiyabana gələrək Heydər Əliyevin və Zərifə Əliyevanın məzarlarını ziyarət edib.
Daha sonra Xidmətin şəxsi heyəti Şəhidlər Xiyabanına gəlib.
Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev “Əbədi məşəl” önünə əklil qoyub. Daha sonra şəxsi heyət birinci Qarabağ müharibəsində şəhid olan Milli Qəhrəman Eldar Məmmədovun qəbrini ziyarət edib.
Şərhlər