COVID pasportunu rüşvətlə almaq istəyənlərə XƏBƏRDARLIQ
29.07.2021 15:58 Sosreaksiya 711
Vaksinasiya prosesində neqativ hallara yol verilir.
Reaksiya.az xəbər verir ki, bununla bağlı “ASAN radio”ya bir neçə fakt daxil olub. Bildirilir ki, vətəndaş tibb işçisinə müəyyən ödəniş müqabilində peyvənd sertifikatı ala bilir. Belə ki, guya vətəndaş “prosesdə” iştirak edir, lakin peyvənd bədənə vurulmur.
Səhiyyə Nazirliyindən “ASAN radio”ya bildirilib ki, nəzarət kameraları, vətəndaş şikayətləri və bənzər müraciətlər nəzərə alınaraq vaksinasiya prosesinin şəffaflığı daimi diqqətdə saxlanılır.
“Bir daha xəbərdarlıq edilir ki, hüquq pozuntusuna yol verən tibb işçiləri haqqında müvafiq tədbirlər görüləcək.
Azərbaycanda rüşvət almaq kimi rüşvət vermək də cinayətdir. Bu səbəbdən baş vermiş neqativ hallarda hər iki tərəf məsuliyyət daşıyır. Vətəndaşlardan xahiş olunur ki, şahid olduqları neqativ hallarla bağlı səhiyyə qurumlarına və hüquq mühafizə orqanlarına məlumat versinlər”, – deyə nazirlikdən bildirilib.
Şərhlər