Qırx bir uşağın nazir valideyni (SİYAHI)

29.07.2021 16:06     Sosreaksiya     898

Son illər Azərbaycanda yüksək ranqlı vəzifələrə kadır islahatları aparılıb. Ölkəmizdə demək olar ki, nazirlərin əksəriyyəti dəyişdirilib. 
 
Qaynarinfo 2013-cü ildən bu yana təyin olunan nazirlik, komitə və agetlik rəhbərlərinin  övladları ilə bağlı araşdırma edib. Məlum olub ki, ölkəmizdə yeni təyin olunan nazirlik, komitə, agentlik rəhbərlərinin ən çox 4 övladı var. 
 
Baş nazir Əli Əsədov - Ailəlidir, iki övladı var. 
 
 
Müdafiə naziri Zakir Həsənov - Ailəlidir. Üç övladı var.
 
 
Müdafiə Sənayesi naziri Mədət Quliyev -  4 uşağı var. Murad və Qəzənfər adında iki oğlu, Xədicə və Umayra adında iki qızı var.
 
 
Daxili İşlər naziri Vilayət Eyvazov - Ailəlidir, üç övladı var. 
 
 
İqtisadiyyat naziri Mikayıl Cabbarov - Evlidir, 2 övladı var.
 
 
Azərbaycan Respublikasının Xarici İşlər Naziri Ceyhun Bayramov - Evlidir, 2 övladı var. 
 
 
Təhsil naziri Emin Əmrullayev - Ailəlidir, 2 övladı var.
 
 
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev - Ailəlidir, 2 övladı var.  21 aprel 2018-ci ildə nazir vəzifəsinə gələndə bir övladı var idi. 
 
 
Səhiyyə Naziri vəzifəsini əvəz edən Teymur Musayev - Ailəli və övladlarının olub-olmaması ilə bağlı dəqiq məlumat əldə edə bilmədik.
 
 
 
Kənd Təsərrüfatı Naziri İnam Kərimov - Evlidir, iki övladı var. 
 
 
Ekologiya və Təbii Sərvətlər Naziri Muxtar Babayev - Ailəlidir, 2 övladı var.
 
 
Energetka Naziri Pərviz Şahbazov - Ailəlidir. İki övladı var.
 
 
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Rəşad Nəbiyev- Ailəlidir, övladı yoxdur. 
 
 
Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev  - Ailəlidir, 3 övladı var.
 
 
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli - Ailəlidir, 3 övladı var.
 
 
 
Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev - Ailəlidir, 2 övladı var.
 
 
Bakı Metropoliteyninin sədri Zaur Hüseynov - Ailəlidir, bir oğlu və bir qızı var.
 
 
 
Xəzər Dəniz Gəmiçiliyinin sədri Rauf Vəliyev - Ailəlidir, iki övladı var.
 
 
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov - Evlidir, iki övladı var.
 
 
 
Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev - Ailəli və övladlarının olub-olmaması ilə bağlı dəqiq məlumat yoxdur. 
 
 
 
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov - Evlidir. 
 
 
Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin işləri Üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev -  Ailəli və övladlarının olub-olmaması ilə bağlı dəqiq məlumat yoxdur. 
 
 
 
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova - Ailəlidir, bir qızı var. 
 
 
 
 

Şərhlər