Zakir Həsənovun müşavirədə verdiyi əmrin arxasında nə dayanır? - Hərbi ekspert
02.08.2021 14:40 Sosreaksiya 938
"Düşünürəm ki, bu müşavirədə Azərbaycan tərəfinin atacağı gələcək adekvat addımlar bir daha müzakirə olunub və bu fəliyyətləri həyata keçirəcək nazir müavinlərinə, komandanlara, Baş idarə və idarə rəislərinə lazımı göstərişlər verlilb”.
Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekpert Ədalət Verdiyev Müdafiə naziri Zakir Həsənov müavinləri, ordu korpuslarının komandirlərinin iştirakı keçirilən xidməti müşavirədən danışarkən deyib. Ekspert bildirib ki, hazırda qoşunlarımız sərhəddəki əməliyyat şəraitinə tamamilə nəzarət edir və gələcəkdə də düşmənin təxribatçı addımların qarşısının alınması üçün zəruru olan ən sərt addımları belə atmağa hazırdır:
"Müavinlərin, Baş idarə rəislərinin və ordu korpuslarının komandirlərinin iştirakı xidməti müşavirələr mütəmadi olaraq həyata keçirilir. Hər rübün sonunda, 6 aylıq və illik müşavirə yaxud da zərurət yarandığı halda təcili müşavirələrin keçiriməsi normal haldır. Bu müşavirələrdə əvvəllər verilən tapşırıqların icra edilməsi analiz edilir və gələcək vəzifələr dəqiqləşdirilir. Ermənistan tərəfindən intensiv olaraq Kəlbəcər istiqamətində atəşkəsi pozulmasının da müşavirənin əsas müzakirə mövzusu olduğu şübhəsizdir. Müşavirə iştirakçılarına düşmənin təxribatçı fəaliyyətlərinin qarşısının alınması üçün daha sərt addımların atılmasının zəruri olduğuna dair göstərişlərin verildiyini ehtimal edirəm”.
Qeyd edək ki, Müdafiə naziri Zakir Həsənov müavinləri, ordu korpuslarının komandirlərinin iştirakı ilə xidməti müşavirə keçirib. Son zamanlar Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər istiqamətində baş verən hadisələri təhlil edən Müdafiə naziri Ermənistan silahlı qüvvələri tərəfindən törədilə biləcək istənilən təxribata hazır olmağı və onların qarşısının dərhal alınmasını əmr edib.
Şərhlər