Eyvazov Mübariz Quliyevi buna görə işdən çıxarıbmış

11.08.2021 13:22     Sosreaksiya     762

Cəlilabad Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Mübariz Quliyev vəzifəsindən azad edilərək sərəncama götürülüb.

Reaksiya.az Report-a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev faktı təsdiqləyib.

Qeyd edək ki, M.Quliyev bir neçə gün öncə rayon ərazisindəki restoranda keçirilən toy mərasimində karantin rejimi qaydalarının pozulması faktına göz yumub. Araşdırma zamanı müəyyən edilib ki, onun həmin restoran sahibi ilə yaxın münasibətləri olub.

Reaksiya.az

Şərhlər