“Azərbaycan Dəmir Yolları” QSC CƏRİMƏLƏNDİ
11.08.2021 13:29 Sosreaksiya 916
"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin "Dəmiryolservis” MMC barəsində inzibati qaydada protokol tərtib edib.
İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) əsasən tərtib edilən protokol baxılması üçün Sabunçu rayon məhkəməsinə göndərilib. İşə hakim Mirheydər Zeynalovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, sözügedən xətanın törədilməsinə görə hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.
Şərhlər