54 nəfərin cəsədi tapıldı - Təyyarə qəzası

18.08.2015 11:27     Sosreaksiya     2600

İndoneziyada ATR 42-300 sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan 54 sərnişinin hamısının cəsədi tapılıb.

Reaksiya.az xəbər verir ki, bu haqda məlumatı İndoneziyanın Milli Axtarış və Xilasetmə Agentliyinin rəhbəri Bambanq Soelisti yayıb.

Onun sözlərinə görə, qəzada bütün sərnişinlər dünyasını dəyişib. 

Hazırda həlak olanların cəsədlərinin evakuasiya edilməsi ilə bağlı işlər tamamlanır.

Şərhlər