Türkiyəyə göndərilmiş FHN əməkdaşları Azərbaycana qayıdır
16.08.2021 12:59 Sosreaksiya 808
Türkiyədə baş verən yanğınların söndürülməsi ilə bağlı Prezident İlham Əliyevin tapşırığına əsasən qardaş ölkəyə ezam olunan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Azərbaycana qayıdır.
Reaksiya.az xəbər verir ki, 743 nəfər şəxsi heyət və 93 ədəd texnika artıq Vətənə yola düşüb.
Şəxsi heyətdən 350 nəfəri təyyarə vasitəsilə, digərləri isə texnikalarda birlikdə avtomobil yolu ilə ölkəyə qayıdacaq.
Şərhlər