Yeni qalaktika aşkar edildi
18.08.2015 11:27 Sosreaksiya 2053

Astrofiziklər ehtimala görə başqa qalaktika ilə toqquşmadan yaranan halqaşəkilli qalaktika tapıblar.
Reaksiya.az xəbər verir ki,qalaktika Ketrin Çarxı (Kathryn’s Wheel) adını alıb və bizdən təqribən 30 milyon işıq ili uzaqlıqda yerləşir. Bu da o deməkdir ki, Ketrin Çarxı bu vaxtadək kəşf edilən digər qalaktikalarla müqayisədə təxminən 7 dəfə yaxındır.
Alimlər hesab edirlər ki, Ketrin Çarxı başqa qalaktika ilə toqquşma nəticəsində yaranıb. Qalaktika Avstraliyada “UK Schmidt Telescope” vasitəsilə Süd Yolunun Cənub hissəsinin tədqiq edilməsi zamanı aşkar edilib.
Şərhlər