MN sülhməramlılarımızla bağlı məlumat yaydı

16.08.2021 14:00     Sosreaksiya     814

Kabul beynəlxalq hava limanının Azərbaycan sülhməramlılarının mühafizə və müdafiə etdikləri sektorunda hazırda gərginlik mövcud deyil.

Reaksiya.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Şəxsi heyətin həyatı üçün heç bir təhlükə yoxdur.

Bölgədə mövcud gərgin vəziyyətdən asılı olmayaraq Azərbaycan Ordusunun 120 nəfərdən ibarət sülhməramlı bölməsi Türkiyə qüvvələri ilə birlikdə hava limanının təhlükəsizliyini təmin etmək məqsədilə xidməti vəzifələrinin icrasını davam etdirir.

Reaksiya.az

Şərhlər