Rusiya səfirliyindən açıqlama - VİDEO

18.08.2015 11:53     Sosreaksiya     1617

"Tailandın paytaxtı Banqkok şəhərində baş verən partlayışda Rusiya vətəndaşları xəsarət almayıb".

Reaksiya.az xəbər verir ki, bu sözləri Rusiya Federasiyasının Tailanddakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Olqa Jilina yayıb.

Onun sözlərinə görə, hadisə baş verən ərazidə səfirliyin heç bir əməkdaşı olmayıb:

"Rusiya səfirliyi hazırda Tailand rəsmiləri ilə baş verən insidentlə bağlı tez-tez əlaqə saxlayır".

Qeyd edək ki, Banqkok şəhərinin mərkəzində baş verən partlayışda 27 nəfər ölüb, 130-a yaxın insan isə yaralanıb. 

Şərhlər

Çox oxunanlar