"Pandemiyadan xilas yolu ÜST-ü ləğv etməkdir" - Deputat sərt danışdı
30.08.2021 15:29 Sosreaksiya 819
"İnsanlar özlərini qorumalıdır, bu öz yerində, amma mən dəfələrlə demişəm ki, pandemiyadan xilas yolu ÜST-ü ləğv etməkdir”.
Bu sözləri Milli Məclisin deputatı Aqil Abbas deyib.
O, bildirib ki, ÜST-ü ləğv etsələr, pandemiya olmayacaq:
"O Səhiyyə Təşkilatını ləğv etsələr, pandemiya olmayacaq. Camaatı evdə qapadıb Qubada keyf edən adam da deyir ki, Operativ Qərərgahın yaradılması böyük uğurlardan biri idi. Mən o təşkilatı da, o adamı da qəbul etmirəm”.
Aqil Abbas yenidən qapanmaların olmasının lazımsız olduğunu bildirib:
"Qapanmalara yenidən qayıtsaq, bu, xalqı yenidən məhv etmək deməkdir. İki ildir ki, məktəblər bağlıdır, universitetlər bağlıdır. Onlayn olacaq idisə, daha bu məktəbləri nəyə tikirik? Belə olacaq idisə, universitetlər nəyə lazımdır ki, elə hamı evdə oturub dərsini keçsin. Televiziyadan dərsə baxıb alim olsunlar”.
Şərhlər