Bəkir Orucov MN-də yeni vəzifəyə təyin edildi
28.09.2021 12:58 Sosreaksiya 370
Cəmşid Naxçıvanski adına Hərbi liseyin rəisi general-mayor Bəkir Orucov vəzifəsindən azad edilib.
Reaksiya.az xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.
Əmrə əsasən, o, Müdafiə Nazirliyinin Şəxsi Həyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi təyin edilib.
Hələlik Cəmşid Naxçıvanski adına Hərbi liseyinə yeni rəis təyin edilməyib.
Şərhlər